Fransada təlim atışları poliqonda yanğına səbəb olub

Fransada təlim atışları poliqonda yanğına səbəb olub

Fransanın cənub-şərqindəki Var departamentində artilleriya atışları hərbi baza yaxınlığındakı təlim poliqonunda təxminən 200 hektar ərazini əhatə edən yanğına səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BFM telekanalı məlumat yayıb.

Yanğınla mübarizəyə təlim meydançasında partlayıcı əşyaların olması ehtimalı mane olur.

Yanğınsöndürənləri təhlükəyə atmamaq üçün dörd təyyarə alovun söndürülməsinə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə