Yunanıstan növbәti dәfә tәxribatçı addım atıb

Yunanıstan növbәti dәfә tәxribatçı addım atıb

Yunanıstan müdafiə nazirinin müavini Nikos Hardalias qeyri-hәrbi statusa malik Bozbaba adasına sәfәr edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Türkiyə tez-tez sülh və problemlərin dialoq yolu ilə həll edilmәsi ilә bağlı mesajlar versә dә, Yunanıstan Egey dənizində provokativ әmәllәrindәn әl çәkmir.

Mәlumata görә, Yunanıstan müdafiə nazirinin müavini Nikos Hardalias bu gün helikopterlə Türkiyədәn 80 kilometr mәsafәdә yerlәşәn Bozbaba adasına səfər edib.

Bildirilib ki, Yunanıstanın yüksək səviyyəli rəsmiləri bu il qeyri-hərbi statusa malik adalara tәxminәn 50 dәfә sәfәr ediblәr.

Bütün xəbərlər Facebook səhifəmizdə