Rusların “qızıl ehtiyatı”nda böyük itkilər

Rusların “qızıl ehtiyatı”nda böyük itkilər

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç rus ordusunun “qızıl ehtiyatı”nın nəzərəçarpacaq dərəcədə darmadağın edildiyini, bəzi briqada və bölmələrdə bu itkilərin 70-80 faiz təşkil etdiyini iddia edir.

SİA bu barədə “UNİAN”a istinad edir.

Beləliklə, müşavirin sözlərinə görə, rusların desant qüvvələri və o cümlədən xüsusi təyinatlılarının bir hissəsi Ukrayna ordusu tərəfindən güclü zərbələrə məruz qalıblar.

Qeyd edək ki, ruslar Hava-desant qoşunlarını “qızıl ehtiyatı” kimi “dəyərləndirirlər”. Deyilənlərə görə, rusların bu növ döyüşçüləri öz zirvələrində ən təlim keçmiş mütəxəssislərdir. Aretoviçin sözlərinə görə, buna baxmayaraq, rusların ən təlimli döyüşçüləri arasında da böyük itkilər var.

Xatırladaq ki, bir müddət bundan əvvəl Aretoviç Rusiya qoşunlarının Ukraynadan nə vaxt çıxmağa başlayacağı barədə də proqnoz vermişdi.

Beləliklə, Prezident Aparatı rəhbəri müşavirinin sözlərinə görə, ruslar baş verənlərin mənasızlığını hiss edəcək və Ukrayna ərazilərindən geri çəkilməyə başlayacaqlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə