Ruslar yenidən Xarkovu nişangah seçirlər

Ruslar yenidən Xarkovu nişangah seçirlər

Mən yaxınlarda rus işğalçılarının Xarkovu yenidən atəşə tutacaqlarını istisna etmirəm. Çünki bu şəhər yenidən cəbhə bölgəsinə çevrilib.

SİA-nın “UNİAN”dan əldə etdiyi məlumata görə, bunu rusiyalı hüquqşünas və hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsində Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç deyib.

O, rusların Xarkovu ələ keçirə bilməyəcəyini, lakin rusların atəşi nəticəsində mülki vətəndaşlar arasında itkilərə səbəb olacağını istisna etməyib.

“...Xarkov dəmirlə belə alınmayacaq. Bu barədə narahat olmağa dəyməz. Amma başqa bir şey də odur ki, onlar bir müddət Xarkovu vurmağa davam edəcəklər. Bu, da bir çox bəlalara səbəb olacaq, əgər dinc əhalinin ölümünü demək olarsa. Ona görə də, xarkovlular diqqətli olmalı və yenidən cəbhə şəhəri olduqlaını başa düşməlidirlər”-deyə Aretoviç bildirib.

Qeyd edək ki, “UNİAN”-ın da verdiyi məlumata görə ruslar artıq iyunun 18-də yenidən Xarkovu atəşə tutublar. Belə ki, şəhərin əsasən sənaye zonası hücuma məruz qalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə