Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiyanın qazdan və “Şimal axını 2” boru kəmərindən silah kimi istifadə etmədiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o bunu “RedaktionsNetwerk Deutschland”a verdiyi müsahibəsində bildirib.
Belə ki, boru kəmərinin tikintisi ilə bağlı danışan keçmiş kansler “...Mən ticarət yolu ilə deyil, dünyanın ikinci ən böyük nüvə gücü ilə ticarət yolu ilə dəyişikliyə inanırdım” –deyə bildirib.
Həmçinin Almaniya hökumətinin keçmiş rəhbəri bu addımın çətin olduğunu da vurğulayıb, çünki Rusiya Federasiyasının “Şimal axını 2” işə salındıqdan dərhal sonra Ukrayna ərazisindən yanacaq nəqlini dayandıracağına dair tezis var idi. Nəticədə Qərb ölkələri tranzitin qorunub saxlanmasına nail olublar.
Qeyd edək ki, bundan əvvəl Angela Merkel Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmağa hazır olduğunu bəyan edib. Almaniyanın keçmiş kansleri bildirib ki, siyasətdən getməzdən bir müddət əvvəl Ukrayna böhranının həlli yollarını tapmağa çalışıb.
Yeri gəlmişkən, Merkel ilk dəfə Ukraynada keçirilən xüsusi əməliyyatı açıq şəkildə şərh edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB