Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

İraqın şimalında keçirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә tәsbit edilәn separatçı terror tәşkilatı PKK üzvlәri zәrәrsizlәşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Mәlumatda vurğulanıb ki, İraqın şimalında müvәffәqiyyәtlә davam etdirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә tәsbit edilәn 9 PKK terrorçusu zәrәrsizlәşdirilib.

Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda әmәliyyatların qәtiyyәtlә davam etdirildiyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə