“Bərpa olunan enerji 21-ci əsrin sülh planıdır”

“Bərpa olunan enerji 21-ci əsrin sülh planıdır”

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bərpa olunan enerjinin qalıq yanacaqlardan daha ucuz olduğunu və mәşğulluq sәviyyәsinin artırılmasında vacib rol oynadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Antonio Quterreş bərpa olunan enerjinin 21-ci əsrin sülh planı olduğunu vurğulayıb.

BMT-nin Baş katibi "Böyük İqtisadiyyatlar Forumu: Enerji və İqlim" mövzusundakı yığıncaqda etdiyi çıxışda böyük iqtisadiyyatlar və atmosferi ən çox çirkləndirən ölkələr arasında olan ABŞ rəhbərliyini hədəf alıb.

Quterreş bildirib ki, liderlik insanları mövcud tәhlükәlәrdәn qorumalıdır. BMT-nin Baş katibi qalıq yanacaqların bəşəriyyətə və planetə zərər verdiyini ifadә edib.

Qalıq yanacaq istehsalçılarını və maliyyəçiləri böyük tütün şirkətlərinə oxşadan Antonio Quterreş yüksək inflyasiyanın və neft qiymətlərinin qalıq yanacaqlardan asılı olduğunu və bunun bir iqlim problemi olduğunu qeyd edib.

Antonio Quterreş həll yolunun bərpa olunan enerji mənbələrində olduğunu, bərpa olunan enerjilərin qalıq yanacaqlardan daha ucuz olduğunu və məşğulluq sәviyyәsinin artırılmasında vacib rol oynadığını söylәyib.

Bütün xəbərlər Facebook səhifəmizdə