Boris Conson Ukraynanı ziyarət edib

Boris Conson Ukraynanı ziyarət edib

Böyük Britaniyanın baş naziri Boris Conson ikinci dəfə Ukraynanın paytaxtı Kiyevə gələrək Ukrayna prezidenti Volodimir Zelenskiyə 120 gün ərzində Ukrayna ordusunda 10 min əsgər hazırlamağı təklif edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya-Ukrayna müharibəsi davam edərkən Boris Conson ikinci dəfə Ukraynanın paytaxtı Kiyevə gəlib. Liderlər ikitərəfli görüşdən sonra birgə bəyanatla çıxış ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski “Britaniya sübut etdi ki, bu müharibədə Ukraynaya dəstəyi qətidir. Ölkəmizin dostu Boris Consonu yenidən Kiyevdə görməyə şadam”,- deyə bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə