İranın mərkəzində yerləşən İsfahan vilayətində F14 qırıcı təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
SİA-nın məlumatına görə, bunu İran ordusunun İsfahan vilayəti üzrə ictimai əlaqələr şöbəsinin rəsmisi Rəsul Motəmedi deyib.
R.Motəmedinin sözlərinə görə, hadisə zamanı qırıcıda olan 2 pilot paraşütlə təyyarədən tullanıblar. Hər iki pilot xəstəxanaya çatdırılıb.
Təyyarənin tamamilə sıradan çıxdığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB