Belçikanın müdafiə naziri Ludivine Dedonder, NATO Müdafiə Nazirləri Toplantısına qatılmaq üçün gəldiyi Brüssel açıqlamada Ukraynaya göndərə biləcəyi silah ehtiyatının sonuna gəldiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısı başlayıb.
Belçikanın müdafiə naziri Ludivine Dedonder görüşdən əvvəl mühüm açıqlamalar verib. Rusiya ilə Ukrayna arasındakı müharibəyə toxunan və Belçikanın Ukraynaya dəstəyindən danışan Dedonder “Ukraynaya göndərə biləcəyimiz silah ehtiyatının sonuna gəldik. Buna baxmayaraq, biz Ukraynaya hərbi yardımımızı necə davam etdirə biləcəyimizi təhlil edirik”,-deyib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB