Fransadan Ukraynaya toxum yardımı

Fransadan Ukraynaya toxum yardımı

Ötən gün eransızlar Kiyev vilayətinin Qoqolev sakinlərinə 50 kq toxum göndəriblər.

"Ukrayna üçün toxum" xeyriyyə təşəbbüsü göndərilən toxumlar kənd icmasına pulsuz paylanıb.

Qeyd edilir ki, toxumlar arasında: xiyar, pomidor, çuğundur, turp, balqabaq, kələm və müxtəlif salatlar, toxum dəstlərinə əfsanəvi fransız “Charente” qovun toxumları və Marsel çili bibəri daxildir.

Qeyd edək ki, SİA-nın da əldə etdiyi məlumata görə, Fransa təkcə aprel-may aylarında Ukraynaya yardım olaraq 600 ton kartof göndərmişdi.

Göndərilən yardımda məqsəd münaqişənin doğurduğu fəsadları azaltmaqdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə