Amerikanın siyasət haqqında onlayn nəşri olan “The Hill” nəşri cümə günü amerikalıların yalnız 39 faizinin Cozef Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyəndiyini yazıb.
SİA rus saytlarından əldə etdiyi məlumata istinadən xəbər verir ki, “USA TODAY-Suffolk” sorğusuna görə, Baydenin amerikalılar arasında bəyənmə reytinqi 39 faizə düşüb, onlardan yalnız 16 faizi onun prezident kimi fəaliyyətini tam bəyəndiyini bildirib.
Eyni zamanda, 47 faiz onun fəaliyyətini qəti şəkildə bəyənməyib. Qeyd edək ki, bu göstərici fevralda keçirilən analoji sorğudan 3 faiz çoxdur. Beləliklə, prezidentin reytinqi ardıcıl üçüncü həftə aşağı düşməkdə davam edir.
Qeyd edək ki,sorğu ölkənin nüfuzlu “Ipsos” və “Morning Consult” şirkətləri tərəfindən aparılıb deyə, yanlışlıqdan uzaq qiymətləndirilir.
Maraqlıdır ki, bu gün amerikalıların 71 faizi ABŞ-ın “yanlış yolda” olduğuna, 16 faizi isə ölkənin düzgün istiqamətdə getdiyinə inanır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB