Kiyevə ötürülən “milyonlarla dollara” yardımın heç bir nəticə vermədiyini deyən ABŞ-ın eks-prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə razılaşma ilə son qoymağı təklif edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə sabiq prezident Tennessi ştatının Neşvil şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“İndi vəziyyət təəssüf də olsa elə görünür ki, Rusiya amansız və dəhşətli döyüşlər nəticəsində böyük əraziləri tutur. Amma biz köçürdüyümüz milyonlara görə məsuliyyət daşıyırıq, lakin pullar yanlış yerə gedir”, - deyə keçmiş Amerika lideri bildirib.
Trampa görə, Ukraynadakı münaqişəyə ancaq tərəflər arasında əldə edilən razılaşma ilə son qoymaq olar.
Qeyd edək ki, sabiq prezident bunu Cozef Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərini şərh edərkən deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB