Rusiya hərbi gəmisi Danimarka sularında...

Rusiya hərbi gəmisi Danimarka sularında...

SİA-nın əldə etdiyi məlumata görə, Danimarka Rusiya hərbi gəmisinin iki dəfə ərazi sularını pozduğunu açıqlayıb.

Danimarka Silahlı Qüvvələrindən verilən açıqlamada Rusiya hərbi gəmisinin gecə yarısı Bornholm adası yaxınlığında ölkənin ərazi sularını iki dəfə pozduğu bildirilib.

Xarici işlər naziri Jeppe Kofod da "Twitter" hesabında “Biz NATOyuq” həştəqi ilə etdiyi paylaşımda "Hədsiz məsuliyyətsiz, kobud və tamamilə qəbuledilməz Rusiya təxribatı. Bu zorakılıq üsulları Danimarkada işləmir" ifadəsini işlədib.

Bütün xəbərlər Facebook səhifəmizdə