Kot-d'İvuar Respublikasının Abidcan şəhərində güclü yağışlardan sonra torpaq sürüşməsi baş verib.
Ölkə rəsmilərinin məlumatına görə, hadisə Abidcan şəhərinin qərbində yerləşən Mossikro məhəlləsində qeydə alınıb. Leysan yağışlarının səbəb olduğu sürüşmə nəticəsində 6 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, torpaq altında qalan insanların olması ehtimalına qarşı axtarış-xilasetmə işləri davam edərkən, baş nazir Patrik Açi əraziyə baş çəkib.
Qeyd edək ki, Kot-d'İvuar Respublikasında mövsümi yağıntılar iyundan sentyabr ayına qədər davam edir.
Abidcanda 2018-ci ilin iyununda güclü yağıntılar səbəbindən 18 nəfər, 2020-ci ilin iyununda isə 13 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB