Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sky News Arabia” telekanalına Ukraynanın artıq keçmiş sərhədləri daxilində mövcud olmadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.
Qeyd edək ki, Zaxarova bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində telekanala verdiyi müsahibədə deyib: “Sizin və bizim bildiyimiz Ukrayna, əslində onun əvvəllər olan sərhədləri daxilində artıq mövcud deyil. Və olmayacaq. Bu göz qabağındadır”.
Bir daha xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi xüsusi əməliyyatın başlandığını elan edib. O, məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa, soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Eyni zamanda, dövlət başçısı Donbass problemini sülh yolu ilə həll etmək üçün bir şansın olmadığını bildirib.
Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, ərazilər millətçilərdən azad olunduqca, getdikcə daha çox insan öz gələcəyini Kiyev rejimi ilə bağlamamaq arzusunu ifadə edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB