Ərdoğan: "Yunanıstan bundan sonra öz qayğısına qala bilər"

Prezitent Rəcəb Tayyib Ərdoğan İstanbulda Yunanıstanla münasibətlərə toxunub.
Ərdoğan: "Yunanıstan bundan sonra öz qayğısına qala bilər"

"Yəqin ki, bundan daha aydın, daha sərt reaksiya olmaz. Ona görə də Yunanıstan bundan sonra öz qayğısına qala bilər".

SİA-nın əldə etdiyi məlumata görə, bunu Prezitent Rəcəb Tayyib Ərdoğan İstanbulda verdiyi açıqlamada deyib.

Dövlə başçısı "Yunanıstanla bağlı prosesə reaksiyalarımı xüsusi olaraq bildirdim. Qarşımda vicdanlı siyasətçi olmasa, onlarla bir daha görüşməyəcəyimizi və Yüksək Səviyyəli Strateji Şura iclaslarımızı bitirdiyimizi və Yüksək Səviyyəli görüş keçirməyəcəyimizi söylədik. Bu il təşkil edilməsi lazım gələn iclası keçirmirik. Bundan daha aydın, daha açıq reaksiya ola bilməz. Beləliklə, Yunanıstan bundan sonra öz qayğısına qalsın” deyib.

Digər tərəfdən, çərşənbə günü (22.06.2022) Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanı paytaxt Ankarada qəbul edəcəklərini bildirən Prezident Ərdoğan "İkitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirəcəyik. Ümid edirəm ki, Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərini daha yüksək səviyyəyə daşıya biləcəyik" deyə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə