Biz Rusiyanın imperiya bərpa etməsinə imkan verməyəcəyik - Müdafiə naziri
Polşanın müdafiə naziri Mariuş Blaşçak Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısında iştirak edib. SİA xəbər verir ki, danışıqların mövzusu Ukraynaya dəstək formaları olub.
“Polşa nöqteyi-nəzərindən müstəqil Ukrayna müstəqil Polşa deməkdir”, - Blaşçak deyib. "Bizim məqsədimiz Rusiya ilə deyil, Ukrayna ilə cənub-şərq sərhədidir. Hamımız bilirik ki, Rusiya Ukraynanı fəth etsə, dayanmayacaq, daha da irəli gedəcək. Çünki Kremlin məqsədi imperiyanı bərpa etməkdir", - polşalı nazir bildirib.
“Rusiya imperiyası Avropa ölkələrinin azadlığını təhdid edib və təhdid etməkdə davam edir. Ona görə də bu təcavüzə qəti şəkildə qarşı çıxmaq lazımdır”, o əlavə edib.
Blaşçak bildirib ki, Polşa öz hərbi potensialını inkişaf etdirir. "Polşa ordusu hər il müasir hərbi texnika ilə təchiz olunur", - Polşa Müdafiə Nazirliyinin rəhbəri bildirib: “Bu, Şimali Atlantika Alyansı ölkələrinə hücum etməyə dəyməz olduğunu Kremlə başa salmağın ən yaxşı yoludur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB