Terror tәşkilatı YPG/PKK bir uşaq da qaçırdı

Terror tәşkilatı YPG/PKK bir uşaq da qaçırdı

Separatçı terror təşkilatı YPG/PKK Suriyanın Rakka şəhərindә yaşayan 17 yaşlı qızı qaçırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Suriyada SDQ adından istifadə edən YPG/PKK terrorçuları işğal etdikləri Rakka şәhәrindә Helen Əhməd İsmayılı qaçırıb.

Terror təşkilatı adətən qaçırdığı və ya saxladığı gəncləri və uşaqları terror düşərgələrinə aparır.

YPG/PKK terrorçuları qaçırdıqları uşaqların ailələri ilə әlaqә yaratmalarına icazə vermir.

ABŞ Dövlәt Departamentinin 2020-ci ilin 26 iyun tarixində yayımladığı “2020 İnsan Qaçaqçılığı’’ adlı hesabatında terror təşkilatı YPG/PKK-nın uşaqlardan döyüşçü olaraq istifadә etdiyi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 2020-ci ilin 16 yanvar tarixindә hazırladığı hesabatında da YPG/PKK terrorçularının Suriyada uşaqlardan döyüşçü kimi istifadə etdiyi bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə