...Beləliklə, Emmanuel Macron, Olaf Şolz və Mario Draqi Ukraynaya birgə səfəri ilə birlik və Avropa İttifaqı çərçivəsində yeni üçtərəfli əməkdaşlığa başlamaq imkanını nümayiş etdirdilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Die Welt” yazır.
Bununla yanaşı, hər üç lider Ukrayna böhranının tezliklə sona çatmasında maraqlıdırlar. Çünki onların ölkələri yaşanan münaqişədən həddən artıq böyük iqtisadi zərər görürlər.
Maraqlıdır ki, “Die Welt” nəşri üçlüyün Ukraynaya səfərini tarixi səfər kimi xarakterizə edir. Onu da qeyd edək ki, Böyük Britaniya Avropa İttifaqını, Angela Merkel isə kansler postunu tərk etdikdən sonra, ilk dəfə olaraq Almaniya, Fransa və İtaliya vahid gündəliyi təqdim edərək birlikdə danışırlar. Nəşrin ehtimalına görə, bu Avropa İttifaqı çərçivəsində əməkdaşlığın yeni dövrünün başlanğıcı ola bilər.
Nəşr xəbər verir ki, birgə mətbuat konfransı zamanı Makron, Şolz və Draqi Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsini müdafiə ediblər. Makronun sözlərinə görə, namizəd statusunun verilməsi Qərbi Balkan ölkələri ilə bağlı vəziyyət nəzərə alınmaqla yanaşı, yol xəritəsi ilə müşayiət olunacaq.
Nəşrin yazdığına görə, Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı qərar gələn həftənin sonunda keçiriləcək Avropa İttifaqı sammitində veriləcək. Müsbət qərar üçün konsensus lazım olacağı da bildirilir.
Bağlı qapılar arxasında Avropa liderləri çox güman ki, Vladimir Zelenskini Vladimir Putinlə danışıqlara başlamağa çağırıblar. Bu da nəşrin etimalıdır.
Şübhəsiz ki, Ukrayna böhranı Almaniya, Fransa və İtaliyaya dəyən iqtisadi zərəri daha da çətinləşdirməkdədir. Təsadüfi deyil ki, hazırda bu ölkələrdə iqtisadi artım ciddi şəkildə aşağı düşüb, inflyasiya isə rekord həddə çatmaqdadır.
Bundan əlavə, Avropa liderlərinin hər biri üçün Kiyevə səfərin ayrıca mənası var. Bunu da “Die Welt” yazır.
Xüsusilə Emmanuel Makron Ukrayna böhranı ilə bağlı mövqeyini aydınlaşdırmaq istəyib.
Mario Draqi üçün isə görüşdə iştirak etmək xüsusi əhəmiyyət kəsb edir: o, son illər Avropa İttifaqında “dilənçi” kimi ad qazanmış İtaliyanın imicini dəyişmək niyyətindədir.
Nəşr yazır ki, eyni zamanda həm Makron, həm də Draqi ilk növbədə Ukrayna münaqişəsinin tezliklə başa çatmasında maraqlıdırlar.
Çünki İtaliyada vəziyyət getdikcə daha da çətinləşir. Belə ki, ölkənin sabitliyi də təhlükə altındadır. Üstəlik, İtaliyanın problemləri bütün Avropa İttifaqı üçün ağır bir yükə çevrilməkdədir. Yəni böyük bir milli borc saatlı bomba effekti verə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB