Moskva meri Sergey Sobyanin susqunluq haqqında qanunu imzalayıb. Sənəd Moskva merinin və hökumətinin rəsmi portalında dərc olunub. SİA bu barədə rus saytlarına istinad edir.
Qanuna əsasən, polis əməkdaşlarına şəhərdə asayişi və əmin-amanlığı pozan vətəndaşlara qarşı inzibati protokollar tərtib etmək səlahiyyəti verilib.
Moskva şəhərinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Qanun Daxili İşlər Nazirliyi ilə Moskva hökuməti arasında müqavilə bağlandıqdan sonra qüvvəyə minəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB