Mən bunu Putinə də demişəm...

Almaniya kansleri Olaf Şolz ARD telekanalına danışarkən Moskvanın Kiyevlə qarşılıqlı məqbul sülh razılaşmasına nail olmayana qədər Avropa İttifaqının Ukraynada keçirilən xüsusi əməliyyata görə Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcəyini bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

O, eyni zamanda hansı razılaşmanın Ukrayna baxımından ədalətli olacağı məsələsini yalnız Ukraynanın özü müəyyən edə bilər. Avropada heç kim bunu təyin edə bilməz və etmək niyyətində də deyil.

Kansler qeyd edib ki, Almaniya rəsmi Moskvanın birtərəfli qaydada qoyduğu şərtlərlə “diktə altında sülh”ü rədd edir. Onun sözlərinə görə, o, Kremlin Rusiyanın Ukrayna ərazisinin bir hissəsini ələ keçirə biləcəyi və daha sonra zamanla dəyişiklik gözləyəcəyi ilə bağlı gözləntilərini “Putinin illüziyası” adlandırıb. Mən bunu Putinə də demişəm.

Xatırladaq ki, Şolz, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Mario Draqi və Rumıniya prezidenti Klaus İohannis cümə axşamı Kiyevə səfər edib və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüblər.

Ağasəəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə