Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burqerə Türkiyədən Yunanıstan təpkisi verildi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç almaniyalı həmkarının Yunanıstanı himayə edən və Türkiyəni hədəfə alan açıqlamasına sərt reaksiya verərək bildirib: “Türkiyənin hava məkanını pozan, başımız üzərində uçuşlar keçirən və təyyarələrimizi təqib edən tərəf Yunanıstan olsa da, Almaniya mətbuat katibinin ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməsi qəbuledilməzdir. Ona xatırlatmaq istərdik ki, Türkiyə bir ildir ikitərəfli və NATO üzvləri arasında Etimad Tədbirləri toplantılarına dəvət etməsinə baxmayaraq Yunanıstan cavab vermir, Egey dənizindəki son gərginliyi bəhanə edərək görüşləri dondurur.
Dialoq və gərginliyi azaltmaq üçün səy göstərdiyini iddia edən Almaniyanı iki müttəfiq arasındakı mübahisələrdə tərəf tutmamağa, digər ölkələrin qanunsuzluğuna alət olmamağa, bundan başqa, səlahiyyət və məsuliyyət daşımadığı problemlərlə bağlı qərəzli şərhlər verməməyə çağırırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB