Zelenski bu razılaşmadan xəbərdardır

Zelenski bu razılaşmadan xəbərdardır

Fransa prezidenti Emmanuel Makron Rusiya ilə hərbi qarşıdurmadan qaçmaq üçün Kiyevə müəyyən növ silahların tədarükünə qadağa qoyulması ilə bağlı razılaşmaların rəsmən təsdiqləndiyini bildirib.

“...Siz qeyri-rəsmi razılaşmadan danışırsınız, lakin bu, demək olar ki, NATO tərəfdaşlarının rəsmi mövqeyidir ki, biz Ukraynaya özünü müdafiə etməyə kömək edirik, lakin biz Rusiya ilə müharibəyə getməyəcəyik. Buna görə də müəyyən silahların, məsələn, hücum təyyarələri və ya tankların tədarük edilməməsi barədə razılıq əldə olunub”.

SİA-nın əldə etdiyi məlumata görə, Makron bu fikirləri “Ukrinform”a danəşarkən bildirib.

Onun sözlərinə görə, bu qərar “Rusiya ilə müharibəyə cəlb olunmaq qorxusuna görə” verilib.

Makron artıq Zelenskinin də bu razılaşmadan xəbərdar olduğunu bildirib.

Qeyd edək ki, NATO üzvləri Ukraynaya uzunmüddətli silah tədarükünə hazır olduqlarını təsdiqləyirlər. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin iclasının ikinci iş günbildirib.

Xatırladaq ki, bu arada ABŞ hakimiyyəti yenidən Ukraynaya 700 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edir ki, bu paketə dörd “HIMARS” (Yüksək Mobility Artilleriya Roket Sistemləri) çoxsaylı buraxılış raket sistemi (“MLRS”) daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə