"Türkiyə ilə normallaşma prosesində dialoq müsbət irəliləyir"

"Türkiyə ilə normallaşma prosesində dialoq müsbət irəliləyir"

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə ölkəsi arasında normallaşma prosesində dialoqun müsbət irəlilədiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Paşinyan normallaşma prosesində atılan addımlar barədə mərkəzi qərargahı Qətərdə yerləşən “El-Cezire” televiziyasına açıqlama verib.

“Ankara ilə İrəvan arasında münasibətləri normallaşdırmağın yolu nədir? sualını cavablandıran Paşinyan xatırladıb ki, iki ölkə arasında xüsusi nümayəndələr vasitəsilə dialoq başlayıb:

“Dialoq çox müsbətdir, ümid edirik ki, konkret nəticələr əldə edəcəyik”.

Nikol Paşinyan ölkəsinin Azərbaycanla münasibətlərinə də toxunub.

İki ölkə arasında sərhəd komissiyası yaradıldığını bildirən Paşinyan deyib:

"Ümid edirik ki, beynəlxalq tərəfdaşlarımızın dəstəyi və birbaşa fəaliyyətlərimiz nəticəsində biz sərhədlərimizi müəyyən edə biləcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə