Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek Rusiyanın enerji şirkəti “Qazprom”un texniki problemlər səbəbindən “Şimal axını” boru kəməri ilə Avropaya təbii qaz nəqlini dayandırmasını “siyasi motivli” adlandıraraq deyib: “Rusiya qazının tədarükünün azalması texniki deyil, siyasi qərar təəssüratını yaradır”.
SİA xatırladır ki, “Qazprom” iyunun 15-ində “Şimal axını” ilə bağlı qaz nəqlinin 167 milyon kubmetrdən 100 milyon kubmetrə endirildiyini bildirmişdi. Bundan əvvəlki açıqlamada isə Yamal-Avropa boru kəməri ilə daşımaların dayandırıldığı, Ukrayna üzərindən nəqlin isə təxminən yarıya qədər azaldığı söylənmişdi.
“Qazprom” Almaniyanın “Siemens” şirkətinə texniki xidmət üçün göndərilən bəzi texniki avadanlığının da hələ geri qayıtmadığını bildirib və “Şimal axını” ilə Avropaya təbii qaz nəqlinin daha 33 faiz azalacağı ilə bağlı xəbərdarlıq edib.
“Qazprom” onu bildirib ki, “Şimal axını” boru kəmərinə qaz nəqli iyunun 16-na sutkada 67 milyon kubmetrə qədər ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB