“...Əgər Rusiya xüsusi əməliyyat zamanı nəinki Donbass ərazisini “azad etsə”, həm də Kiyev rejimini devirib Ukraynanın böyük hissəsini zəbt edərsə belə, Polşanın real maraqlar kompleksi ciddi şəkildə dəyişməyəcək”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Ukraina.ru” saytına müsahibəsində polşalı publisist Ronald Lasetski deyib
Polşalı publisist qeyd edib ki, hadisələrin bu cür gedişatı ilə, belə görünür ki, Rusiya imperiyası, sadəcə olaraq, bərpa olunacaq, lakin XIX əsrdə olduğu kimi vahid dövlət şəklində deyil, daha çox Rusiyanın qeyd-şərtsiz siyasi hökmranlığı sahəsi kimi fəaliyyət göstərəcək.
“...Qərb gec-tez Rusiya ilə iş görməyə qayıdacaq. Beləliklə, Polşanın Qərblə Rusiya İmperiyası arasında əlaqələndirici rolu məsələsi aktual olaraq qalacaq”.
Bunu da Lasetski bildirib.
Lakin onun fikrincə, Rusiya İmperiyasının yeni formatda bərpası təəssüf ki, polyakların öz maraqlarına dair anlayışını dəyişməyəcək, çünki polyaklar Rusiyaya nifrət edirlər.
Buna görə də onun qərb geosiyasi sərhədlərinin real olaraq Polşanın şərq dövlət sərhədinə yaxın yerdəyişməsi halında ölkəmizdə Rusiya qorxusu və Rusiya təcavüzü daha da artacaq.
Lasetski əlavə edib ki, Polşada Amerika əsgərlərinin sayının artırılması və orada Amerika nüvə silahlarının yerləşdirilməsi tərəfdarları bu halda əlavə arqumentlər əldə edəcəklər.
Amma Polşanın milli maraqları baxımından bu yanlış olsa da, buna baxmayaraq ABŞ-ın Polşa üzərində hərbi protektoratını genişləndirmək ehtimalı artacaq,
...Təbii ki, Polşa buna getməyə məcburdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB