Nigeriyada “Boko Haram” terror təşkilatının 204 üzvü təslim olub

Nigeriyada “Boko Haram” terror təşkilatının 204 üzvü təslim olub

SİA TRT telekanalına istinadən xəbər verir ki, Nigeriya ordusundan bu barədə bəyanat yayılıb. Bildirilib ki, ölkənin Borno əyalətinin Bama bölgəsində Boko Haram və “ISWAP” terror təşkilatlarına qarşı əməliyyatlar zamanı 204 terrorçu təhlükəsizlik qüvvəlirinə təslim olub. Onlar yenidən cəmiyyətə inteqrasiya olmaları üçün reabilitasiya ediləcəklər.

Yada salaq ki, ötən il Nigeriyanın Borno əyalətində 5000-dən çox Boko Haram və ISWAP üzvü aclıq səbəbindən təslim oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə