Ukrayna Prezident Aparatı Böyük Britaniyanın Ukraynaya 20-dən çox özüyeriyən uzunmənzilli artilleriya qurğusunu (AKS) təhvil verəcəyini açıqlayıb.
SİA UNN-a istinadən xəbər verir ki, bu barədə OP rəhbəri Andriy Yermak öz “Telegram” səhifəsində məlumat verib.
“Böyük Britaniya 20-dən çox M109 özüyeriyən silahı Ukraynaya təhvil verəcək. Məlumatı müdafiə naziri Ben Uolles də təsdiqləyib. Müttəfiqlər sayəsində biz gücümüzü artırmağa davam edirik”. Bunu Andriy Yermak yazıb
Üstəlik, Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə görə, Ukraynanın bəzi bölgələrində Rusiya Silahlı Qüvvələri artilleriya atəşinə görə Ukrayna Silahlı Qüvvələrini 20-dən 1-ə nisbətində üstələyir. Yermak buna müttəfiqlərin yaxşı təchizatı sayəsində nail olduğunu bildirir.
Qeyd edək ki, Ukrayanaya veriləcək “M109”lar ABŞ və dünyanın bir sıra digər ölkələrinin artilleriyasında xidmətdə olan Amerika özüyeriyən haubitsasıdır. İlk partiyası 1960-cı illərin əvvəllərində hazırlanmışdır.
Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makron yaxın həftələrdə Ukraynaya əlavə silah tədarükünü elan edə bilər. Söhbət “Sezar” özüyeriyən haubitsalarından gedir. Ukrayna Bolqarıstanın Xarici İşlər Nazirliyinə silah verilməsi xahişi ilə də sorğu göndərib. Müraciət cümə günü göndərilib, lakin hələ ki, cavab yoxdur.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell Ukraynaya silah tədarükünün davam etdirilməsini müdafiə edib. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibə verən Borrell silah tədarükünü ilk növbədə müharibənin davamı kimi qiymətləndirənləri anlamadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB