"Biz tam müstəqil olana qədər mübarizə aparmalıyıq" - Salome Zurabişvili

"Biz tam müstəqil olana qədər mübarizə aparmalıyıq" - Salome Zurabişvili

“Cənubi Qafqazda hələ də sovetlərin keçmiş miraslarının nəticələrini görürük. Biz tam müstəqil olana qədər mübarizə aparmalıyıq”. SİA-nın xəbərinə görə, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

“Bütün münaqişələrin həlli yollarını tapmalıyıq. Bizim ərazilərimizin 20 faizi işğal altındadır. Yenidən ərazi bütövlüyümüzün bərpasına çalışırıq. Gürcüstan ərazi bütövlüyünün bərpasına nail olmağa, işğal altında olan ərazilərimizdə yaşayanların da bizə qoşulmasına çalışırıq. Cənubi Qafqaz artıq mərkəzi meydançadır” , - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə