Meksikada baxdığı pələngin hücumuna məruz qalan gənc müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iyunun 11-də Meksikanın Miçoakan ştatının Periban şəhərində şəxsi fermada baxıcı işləyən 23 yaşlı Xose de Xesus adlı gənc pələngin hücumuna məruz qalıb. Hücum nəticəsində əlindən və qolundan ağır yaralanan Xesus hadisə yerinə gələn təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Müalicəsi davam edən və vəziyyətinin ağır olduğu bildirilən Xesusun həkimlərin qolu amputasiya təklifini rədd etdiyi və dünən şəkər xəstəliyindən müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB