Bolqarıstanda son 24 ilin rekord inflyasiyası qeydə alınıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Milli Statistika İnstitutu məlumat yayıb.
Bildirilib ki, may ayında bu göstərici illik müqayisədə 15,6 % təşkil edib ki, bu da inflyasiyanın 18 % olduğu 1998-ci ildən bəri baş verməyib.
Qeyd olunub ki, may ayında ən çox qiymət artımı – 3,2 faiz nəqliyyatın payına düşüb. Restoran və hotellər qiymətləri 2 faiz qaldırıb. Ev üçün mallar 1,6 faiz bahalaşıb.
Ərzaq məhsulları arasında ən çox bahalaşan kartofun qiymətidir – 14 faiz. Çörək və balığın qiyməti isə müvafiq olaraq 9,4 faiz və 8,2 faiz bahalaşıb. Benzinin qiyməti 7,4 faiz, dizel yanacağının qiyməti isə 5,1 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB