SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.
Belə ki, iyunun 15-də hələ 2014-cü ildən Rusiya dəstəkli separatçı qüvvələrin nəzarəti altında olan Donetsk və Makiyivka şəhərlərinin sakinləri mülki infrastrukturun şiddətli atəşə tutulduğunu bildiriblər. “Donetsk Xalq Respublikası”nın (“DXR”) rəhbərliyi zərbələrdə Ukrayna qoşunlarını ittiham edib.
Lakin, analitiklərin qeyd etdiyi kimi, “DXR”in bu bəyanatını sosial şəbəkə istifadəçiləri, həmçinin Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi təkzib edib. Onlar bildiriblər ki, atəş, ehtimal ki, Rusiya qoşunları tərəfindən anti-Ukrayna əhval-ruhiyyəsini təbliğ etmək və işğal olunmuş ərazilərdə səfərbərliyi təşviq etmək üçün gerçəkləşdirilib.
MAİ təxribat hücumlarının rusiyalıların Qərbin Ukraynaya hərbi yardımının artırılmasına cavab olduğunu güman edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB