Seyşel adalarında lövbər salmış İspaniya gəmisində baş verən partlayış nəticəsində ən azı iki dənizçi həlak olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, “Albacora Cuatro” balıqçı gəmisi təmirdə olub. İlkin fərziyyələrə görə, partlayış ammonyak sızması sonucunda baş verə bilərdi.
Qeyd edək ki, Seyşellər Respublikası - Şərqi Afrikada ada-dövlət. Seyşellər Hind okeanının qərbində yerləşir və adalara ən yaxın bölgə Komor adaları, Madaqaskar və Mavrikidir. Ölkə Seyşel, Amirant, Kosmoledo adaları ilə, 115 adadan bir yerdə. Paytaxtı və ən böyük şəhəri Viktoriya, ümumi sahəsi 459 kvadrat kilometr, təxminən 98 min nəfərdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB