Ukrayna ordusu Xerson istiqamətində hücum edir

Ukrayna ordusu Xerson istiqamətində hücum edir

Ukrayna qoşunları Xerson istiqamətində, İnquletsin sol sahilində sabit dayaq yaradıblar.

Qeyd edək ki, bu barədə prezident müşaviri Aleksey Arestoviç “Feigin Live”ın efirində bildirib.

Onun dediyinə görə, Ukrayna hərbçiləri Xerson vilayətində ardıcıl əks-hücumlar zamanı tutduqları mövqeləri qoruyub saxlaya biliblər.

“...Xerson vilayətində bizim qoşunlar artıq İnqulets çayının sol sahilində dayanıqlı körpübaşı yaradıblar. Bu körpübaşı 50-80 kilometr uzunluğundadır”, - Bunu da Aretoviç bildirib.

O əlavə edib ki, Ukrayna ordusunun bir hissəsi işğal olunmuş Xersondan 15 kilometr aralıda yerləşir. Bu halda, növbəti hücum çox vaxt apara bilər.

Qeyd edək ki, verilən məlumata görə, Ukrayna ordusu Xerson vilayətində işğalçılara qarşı uğurla əks hücuma keçiblər. Belə ki, Ukrayna Müdafiə Qüvvələri Xersonun şimalında və şimal-şərqində 80 kilometrlik cəbhə açıblar.

Deyilənlərə görə, Xerson vilayətində ukraynalı müdafiəçilər üç istiqamətdə hücuma keçirlər. Bu yaxınlarda Tavriçeskoye kəndi rus işğalçılarından azad edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə