Taxıl böhranının həlli üçün qırmızı xətt yaradılıb

Taxıl böhranının həlli üçün qırmızı xətt yaradılıb

Türkiyə Milli Müdafiə Nazirliyi fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsinin yaratdığı taxıl böhranını həll etmək üçün “qırmızı xətt” diplomatiyasını həyata keçirib.

Qeyd edək ki, qida yüklü gəmilərin Ukrayna limanlarını tərk edə bilməməsi səbəbindən bütün dünyada taxıl böhranı yaşanır.

Limanın ətrafına yerləşdirilən minalar və davam edən münaqişələr problemin həllini daha da çətinləşdirir.

Prezident Rəcəb Tayyib Ərdoğanın həll yolunda diplomatik səyləri davam edərkən, Milli Müdafiə Nazirliyi də hərəkətə keçib.

Milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı və ukraynalı həmkarları arasında son telefon danışıqları ötən həftə olub.

Akar əvvəlcə Rusiya müdafiə naziri Sergey Şoyqu, daha sonra isə Ukrayna müdafiə naziri Oleksii Reznikov ilə görüşüb.

Nazir Akar həmsöhbətlərinə humanitar vəziyyət pisləşmədən ən qısa zamanda atəşkəsin yaradılmasına verilən əhəmiyyəti dilə gətirib.

Danışıqların digər gündəm maddəsi Ukrayna limanlarında taxılla yüklənmiş gəmilərin təxliyəsi olub.

Bu vəziyyətin müxtəlif coğrafiyalardakı ölkələrə mənfi təsiri ifadə edilərkən, problemin həlli istiqamətində yeni addım atılıb.

Akarın rəhbərliyi altında məsələni daha yaxından müzakirə etmək və nəticəyə çatdırmaq üçün müdafiə nazirliklərinin hər birindən şəxsi heyətin təyin olunacağı “qırmızı xətt” təşkil edilib.

General rütbəsində olduğu öyrənilən zabitlər problemi həll etmək üçün birbaşa Türkiyə ilə əlaqə saxlayır.

Mövzu ilə bağlı açıqlamasında milli müdafiə naziri Akar taxıl böhranının bir an əvvəl bitməsini istədiklərini bildirib.

"Həm Rusiya, həm də Ukrayna ilə ciddi danışıqlar davam edir. Hər iki tərəfin müəyyən şərtləri var. Biz də bunları qeyd-şərtləri aradan qaldırmağa çalışırıq. Bu baxımdan ümidliyik" ifadələrindən istifadə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə