Nikolas Maduro “OPEC”-in Baş katibi ilə neft mövzusunu görüşüb

Nikolas Maduro “OPEC”-in Baş katibi ilə neft mövzusunu görüşüb

Venesuela prezidenti Nikolas Maduro: “Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysham əl-Qays ilə neft bazarında sabitliyin yaranmasına töhfə verəcək həll yolları tapmaq mövzusunda razılığa gəldiklərini bildirib.] SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nikolas Maduro Küveytə səfəri çərçivəsində OPEC-in baş katibi Qays ilə keçirdiyi görüş ilə bağlı sosial media hesabında açıqlama verib. Qays ilə qənaətbəxş görüş keçirdiyini ifadə edən Maduro, ümumdünyada neft bazarında sabitliyi bərpa etmək üçün lazımi mexanizmləri tapmaq mövzusunda razılıq əldə etdiklirini qeyd edib.

Böyük neft ehtiyatına malik olan Venesuela dövlətinin neft və təbii qaz şirkəti “PDVSA”, başda ABŞ olmaqla bir çox ölkənin iqtisadi sanksiyalarına məruz qalıb.

Qərb mediası xəbər verir ki, cari ayın əvvəlində Vaşinqton administrasiyası Venesuela neftinin uzun müddətdən sonra Avropaya yenidən çatdırılması fikrinə müsbət yanaşıb və bunun Rusiyadan asılılığın azalmasına töhfə verəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə