Qırğızıstan-Tacikistan sərhədçiləri arasında toqquşma olub

Qırğızıstan-Tacikistan sərhədçiləri arasında toqquşma olub

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətləri Mətbuat Mərkəzindən verilən məlumata görə, Qırğızıstan-Tacikistan sərhədindəki Bulak-Bası bölgəsində münaqişədən sonra vəziyyət gərgin olaraq qalır.

SİA-nın əldə etdiyi məlumata görə, Qırğızıstan mühafizəçiləri arasında ölən və yaralananların olmadığı bildirilib.

Hadisədən sonra sərhəd qoşunları komandirlərinin toplantısı olub. Bildirilib ki, tərəflər sərhəd naryadlarının hərəkət marşrutlarının dəqiqləşdirilməsi, qazılmış səngərlərin doldurulması, fermerlərin işinə mane olmamaq, əlavə qüvvələrin bölgədən çıxarılması və Bulak-Bası sərhəd zastavalarının komandirləri ilə gündəlik məcburi görüşlər keçirmək barədə razılığa gəliblər.

Hər iki ölkənin sərhəd qoşunları komandanları yaxın vaxtlarda daha bir görüş keçirəcəklər.

Qeyd edək ki, sərhəd mübahisəsi səbəbindən bölgədə tez-tez qarşıdurmalar və gərginlik yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə