Presov xəstəxanasının baş həkiminin müavini Boris Mavrodiev meymun çiçəyinə ilk yoluxma daha əvvəl Slovakiyada təsdiqləndiyini bildirib. SİA bu barədə rus saytlarına istinad edir.
Meymun çiçəyi şübhəsi ilə xəstə Presov Universiteti Xəstəxanasının İnfeksiya şöbəsinə yerləşdirilib. Həkim hazırda Bratislavaya göndərilən laboratoriya müayinələrinin nəticələrini gözlədiklərini bildirib.
Bu gün səhər saatlarındaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsinin çağırılacağı məlum olub. Assosiasiyanın məqsədi meymun çiçəyi epidemiyasının qlobal sağlamlıq üçün riskini qiymətləndirməkdir.
Qeyd edək i, son zamanlar Avropada meymun çiçəyinə yoluxma halları getdikcə daha çox qeydə alınır ki, bu da hakimiyyət orqanlarını ciddi narahat edir. Təkcə həftəsonu Böyük Britaniyada 104 meymuna yoluxma hadisəsi aşkar edilib və bu ölkədə bu infeksiyaya yoluxanların ümumi sayı 470-ə çatıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB