Afrikada 346 milyondan çox insan qida çatışmazlığından əziyyət çəkir
Beynəlxalq Qırmızı Xaç Komitəsi çərşənbə axşamı Afrikada, xüsusilə Sudan, Efiopiya və Cənubi Afrikada 346 milyondan çox insanın ciddi qida çatışmazlığı ilə üzləşdiyini bildirib.
“Afrikada 346 milyondan çox insan ciddi qida çatışmazlığından əziyyət çəkir. Vəziyyət həyəcan vericidir”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu təşkilat “Twitter”də bildirib.
Təşkilatdan veriulən məlumata görə, Burkina Faso, Konqo Demokratik Respublikası, Kamerun, Keniya, Mavritaniya, Mali, Niger, Nigeriya, Somali və Çad da ərzaq qıtlığı ilə üzləşib.
Qeyd edək ki, Qərb mediası BMT-ni Cənubi Sudanda ərzaq fəlakətinin qarşısını almaq üçün ona 426 milyon dollar ayrılmağa çağırıb.
Ötən həftə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bazarlar və ticarət direktoru Boubaker Ben-Belhassen, Ukrayna ətrafındakı vəziyyətin dünyada ac insanların sayının 2022-2023-cü illərdə 11-19 milyon nəfərə qədər artmasına səbəb ola biləcəyini söyləyib.
Qeyd edək ki, bu, yalnız problemin miqyasının ilkin qiymətləndirilməsidir. Bunu etiraf edən Ben-Belhassen onu da bildirib ki, buğda, tərəvəz və günəbaxan yağı idxalından çox asılı olan Yaxın Şərqlə Şimali Afrika ölkələri hazırda ən böyük risk altındadırlar. Banqladeş və İndoneziya da daxil olmaqla, Saharaaltı Afrika və Asiyanın bir sıra ölkələri də mövcud böhrandan ciddi şəkildə təsirlənirlər.
Yeri gəlmişkən, bu həftənin əvvəlində BMT-nin Ərzaq, Enerji və Maliyyə Sistemləri üzrə Qlobal Böhran Qrupu dünya üzrə təxminən 1,6 milyard insanın aclıq və yoxsulluq riski altında olduğunu təxmin edən hesabat yayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB