...Bəlkə də polşalı jurnalist Yeji Haşinski dünyanın artıq Ukrayna münaqişəsindən yorulduqları barədə yazmaqda haqlıdır. Maraqlıdır ki, Haşinski artıq bu mövzunun dünya mediasının manşetlərindən silinməsinə də diqqət çəkir. Yəni etiraf edir ki, bu mövzu dünya üçün artıq yorucu mövzulardan birinə çevrilməkdədir.
...O vaxt, 1991-ci ildən 2001-ci ilə qədər davam edən Yuqoslaviya müharibəni xatırladan polşalı jurnalist beynəlxalq məsələlərlə maraqlanan bir həmkarının “qəzetdə sonu “iç” hərfi ilə bitən bir ad görəndə səhifəni çevirirəm” sözlərini yada salır.
Həmkarını həlim, sakit bir insan kimi xarakterizə edən Haşinski etiraf edir ki, o da elə mənim kimi, müharibənin gətirdiyi dağıntıların müxtəlif səpkili təsvirlərindən yorulmuşdu.
...Bəli, polşalı jurnalistin təəbiri ilə desək, bu günkü Ukrayna münaqişəsində Avropa cəmiyyətinin böyük fədakarlığa meyl göstərdiyi etiraf edilməlidir. Deyim ki, bu etirafı bəzi Ukrayna səlahiyyətliləri də danmırlar. Məsələn dünən belə bir etirafla Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç də bulunmuşdu.
Təbii ki, Avropa cəmiyyətinin böyük fədakarlığı öz növbəsində bir çox ölkə siyasətçilərinin Rusiyanın Ukraynadakı hərəkətləri ilə barışmağa imkan vermir.
Qeyd edək ki, əslində bütün bunlar bəlkə də “ötəri” xarakterli olsa da, əsas sual kimi soruşmaq istəyirsən: “... görən, nə vaxta qədər Rusiya və Ukraynaya münasibətini məhz digər ölkələr müəyyən edəcək? O da maraqlıdır, bu münaqişəyə marağın kəskin şəkildə azalması gec-tez siyasətçilərin hərəkətlərinə təsir edəcəkmi?”.
Doğrudan da, inandırıcı görünürmü? Yəni, doğrudanmı hansısa bir Qərb dövləti Ukraynanın “dərdinin öz dərdi” bilib sona qədər onun yanında olacaq? Məsələn, bəziləri kimi, elə polşalı jurnalist Yeji Haşinski də məhz buna inanmır. Özü də o əminliklə olmasa da, hər halda bunun tezliklə conunclanacağının anonsunu verir.
...Qayıdaq, Haşinskinin dediklərinə. Məsələn o, bu gün ukraynalılar üçün əlverişsiz şəraitə işarə edir: onlar ərazilərini itirirlər və əks hücuma keçə bilmirlər. Qərbin Ukraynaya hərbi yardımı kifayət qədər böyük deyil və çox ləng gəlir, çünki Rusiya prezidenti Vladimir Putinin buna necə reaksiya verəcəyi ilə bağlı qorxular var.
Haşinskiyə görə, yenə də bu cəbhədə vəziyyəti dəyişə biləcək sanksiyalar ya hələ tətbiq olunmayıb, ya da ki, istənilən effekt verməyib. Hələliksə, Rusiya təkcə xammal ixracından milyardlar qazanır və bu, Qərbin Ukraynaya göndərdiyi yardımlardan qat-qat çoxdur.
...Və nəhayət... bu günlərdə Avropa İttifaqının üç ən mühüm ölkəsinin: Fransa, Almaniya və İtaliyanın liderləri Kiyevə gedəcəyinin xəbərini təkrarlayan polşalı jurnalist, bunun Zelenski üçün elə də ürəkaçan sonluqla yekunlaşmayacağının proqnozunu verir.
Onun dediyindən belə başa düşülür ki, guya Kiyevə təşrif gətirən “üçlük” Ukraynaya böyük hərbi dəstək və Avropa Birliyinə real üzvlüklə bağlı zəmanət verməklə yanaşı, ona Mariupolun qaytarılması barədə düşünməməyi və “dünyanın Putinin üzünü xilas edəcək kompromisdən ibarət olması faktı ilə” yavaş-yavaş barışmağı məsləhət görəcəklər.
...Yəni doğrudanmı, bu sondur?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB