“İMECE-ni 2023-cü ilin yanvarnda kosmosa buraxırıq”

Türksat Baş İdarəsinin paytaxt Ankaradakı Gölbaşı şəhərciyində Türksat 5B peykinin işə salınma mərasimində çıxış edən Ərdoğan bunları söyləyib...
“İMECE-ni 2023-cü ilin yanvarnda kosmosa buraxırıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Biz yerli və milli müşahidə peykimiz olan İMECE-ni 2023-cü ilin yanvar ayında kosmosa buraxacağıq” deyib.

SİA-nın əldə etdiyi məlumata görə, Türksat Baş İdarəsinin paytaxt Ankaradakı Gölbaşı şəhərciyində Türksat 5B peykinin işə salınma mərasimində çıxış edən Ərdoğan bunları söyləyib: “Türk mühəndisləri tərəfindən hazırlanmış yerli və milli müşahidə peykimiz İMECE-ni 2023-cü ilin yanvarında, TÜRKSAT 6A-nı isə 2023-cü ilin ortalarında orbitə buraxacağıq.

Milli Kosmos Proqramı ilə quruda, dənizdə və havada olduğu kimi, kosmosda da Türkiyənin maraqlarını müdafiə etmək bizim şərəf borcumuzdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə