"Avropada bir çox layihədə türk podratçıların imzası var"

"Avropada bir çox layihədə türk podratçıların imzası var"

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu logistika supergücü olma yolunda olan Türkiyənin mərkəzi koridorda Asiya ilə Avropa alternativ güclü bir logistika və istehsal bazasına çevrilərək üzərinə mühüm öhdəliklər götürdüyünü bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Karaismailoğlu Sloveniyanın Koper şəhərində təşkil edilən "Mlinarji Tunel Birləşmə Mərasimi"ndə etdiyi çıxışında Türkiyənin başda podratçılıq olmaqla xidmət sektorunda qabaqcıl bir infrastruktura və təcrübəyə malik olduğunu qeyd edib:

"Türkiyə xüsusilə 2003-cü ildən bəri iş həcmini tədricən artırıb. Bu müddət ərzində 131 ölkədə 450 milyard dollardan çox dəyərində 11 mindən çox layihə həyata keçirilib. Türk podratçı şirkətlərimiz Avropada magistral yollar, tunellər, körpülər və dəmir yollar kimi 200-ə yaxın infrastruktur layihəsini həyata keçirib".

Türk podratçıların Sloveniyada bir çox layihəyə imza atdığına diqqət çəkən Karaismailoğlu Sloveniya ilə qurulan əməkdaşlığın ölkələrin və xalqların parlaq gələcəyi üçün son dərəcə dəyərli olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə