Filippində maskasız çölə çıxanlara həbs cəzası

Filippində yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində ictimai yerlərdə maska taxmayanlar həbs olunacaqlar.
Filippində maskasız çölə çıxanlara həbs cəzası

SİA TRT-ə istinadən xəbər verir ki, bu barədə Daxili işlər nazirinin müşaviri Epimako Densinq məlumat yayıb. Bildirib ki, “Covid-19” epidemiyasının azalmasına baxmayaraq, milli təcili səhiyyə xidmətlərinin intensivliyi hələ də davam edir.

Densing vurğulayıb ki, prezident Rodriqo Dutertenin “İctimai yerlərdə maska ​​taxın” əmrinə riayət etməyənlər həbs cəzası ilə üz-üzə gələbilərlər.

Sebu əyalətinin qubernatoru Gwendolyn Garcianın “İstiyən maskadan istifadə etməyə bilər” sözünü xatırladıb və bunun daha etibarını itirdiyini, Sebu əyaləti də istisna olmamaqla ölkə üzrə ictimai yerlərdə maskadan istifadənin məcburi olduğunu deyib.

Yada salaq ki, ötən həftə Filippin Səhiyyə nazirliyindən verilən açıqlamada “Covid-19”-a yoluxma hallarında artım olduğu, lakin xəstəliyin yüngül sovuşduğu bildirilib.

Qeyd edilir ki, ölkədə son 24 saatda 386 nəfər Kovid-19-a yoluxub, lakin ölüm qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə