“Şimal axını” boru xəttindən qaz tədarükü rekord seviyyədə azalacaq

“Şimal axını” boru xəttindən qaz tədarükü rekord seviyyədə azalacaq

Rusiyanın enerji şirkəti “Qazprom” “Şimal axını” boru kəməri ilə təbii qaz nəqlinin 40 faiz azalacağı ilə bağlı xəbərdarlıq edib.

SİA xəbər verir ki, “Qazprom”dan verilən yazılı açıqlamada qaz nəqlinin azalacağına texniki nasazlıqlar səbəb göstərilib. Şirkətin bəyanatında: “Almaniyanın ‘Siemens’ şirkətinə göndərilən qaz kompressorlarının bəziləri hələ də qayıdmayıb. Bu səbəbdən xətdə cəmi üç qaz kompressoru istifadə edilə biləcək. ‘Şimal axını’ boru kəmərinə qaz axıdılması sutkada nəzərdə tutulan 167 milyon kubmetrdən 100 milyon kubmetrə qədər azaldıla bilər”.

Qeyd edək ki, “Şimal axını” Rusiya qazını Avropaya daşıyan mühüm xətlərdən biri hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə