ABŞ-da meşə yanğınları tüğyan edir

ABŞ-da meşə yanğınları tüğyan edir

ABŞ-ın Kaliforniya əyalətində başlayan meşə yanğınlarının nəzarətə alınması üçün fəaliyyətlər aramsız davam edir.

SİA TRT-ə istinadla xəbər verir ki, yanğınlar səbəbi ilə Nyu Meksikoya qədər olan bölgədə təxminən 2500 ev sakininin təxliyəsi qərarına gəlinib.

Bildirilib ki, 20 kvadrat kilometr ərazini əhatə etdiyi təxmin edilən yanğını söndürmə fəaliyyətləri çətinliklə aparılır. Arizona ştatının Flaqstaff şəhərində də 2 meşə yanğını səbəbindən 2500 ev təxliyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə