İki ölkə arasında ünsiyyət kanallarının açıq saxlanılmasının vacibliyi vurğulanıb

İki ölkə arasında ünsiyyət kanallarının açıq saxlanılmasının vacibliyi vurğulanıb

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Jake Sullivan və Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının direktoru Yang Cieçi ölkələri arasında ünsiyyət kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, Sullivan və Yanqın Lüksemburqda ikitərəfli görüş keçirib..

Regional və qlobal təhlükəsizlik məsələlərinə dair “səmimi, mənalı və məhsuldar görüş” keçirildiyi vurğulanaraq, ABŞ-Çin münasibətlərindəki əsas məsələlərin də müzakirə edildiyi bildirilib.

Açıqlamada “Cənab Sullivan ölkələrimiz arasında rəqabəti idarə etmək üçün kommunikasiya kanallarının açıq saxlanmasının vacibliyini qeyd etdi” deyilib.

Xatırladaq ki, Sullivan və Yanq martın 14-də Romada üz-üzə, mayın 18-də isə telefonla görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə