Kubada hökumət əleyhinə nümayişlərdə iştirak edən 297 etirazçı 25 ilə qədər həbs cəzasına məhkum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kubanın paytaxtı Havanada minlərlə kubalı Covid-19 zamanı ölkədə pisləşən iqtisadi şəraitə etiraz etmək üçün ötən iyul ayında hökumət əleyhinə nümayişlər keçirib. Etirazlarda iştirak edən 381 nəfərdən 297-si təxribat, ictimai iğtişaş törətmək ittihamı ilə 5 ildən 25 ilə qədər həbs cəzasına məhkum edilib.
Açıqlamada 15-i yetkinlik yaşına çatmayan 84 nəfərə həbs cəzası verilmədiyi vurğulansa da, “Baş Prokurorluq 11 iyul 2021-ci il tarixdə baş vermiş hadisələrə qanuni reaksiya ilə bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edir. sosialist dövlətimizin konstitusiya quruluşuna və sabitliyinə hücum etdi",- deyə məlumat verilib. Etirazlar zamanı nümayişçilərdən bəziləri “Ləf olsun diktatura” və “Biz azadlıq istəyirik” şüarları ilə birbaşa prezident Migel Diaz-Kanel hökumətini hədəfə alıb, hökumət isə nümayişləri maliyyələşdirməkdə və təhrik etməkdə ABŞ-ı ittiham edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB