Kremlin sözçüsü Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu ərəfəsində TASS agentliyinə müsahibəsində prezident Vladimir Putinin Rusiyanın suverenliyinin ölkənin təcrid olunması demək olmadığı barədə sözlərini xatırladıb.
SİA bu barədə rus saytlarına istinad edir.
Belə ki, sözçü, foruma hazırlıq zamanı Rusiya liderinin gənc mütəxəssislərlə görüşüb, suverenlikdən - texnoloji, sənaye, sənaye, kommersiya və s. barədə dediklərinə münasibət bildirib.
“...Prezident mühüm bir məsələni qeyd etdi: “...Bizim suverenliyimiz heç bir şəkildə təcrid demək deyil", - Peskov vurğulayıb.
Bundan əvvəl Kremlin sözçüsü Rusiyanı sanksiyaların köməyi ilə beynəlxalq həyatdan sıxışdırmaq cəhdini perspektivsiz və qeyri-mümkün adlandırmışdı. O əlavə edərək demişdi ki, Moskva dost ölkələrlə inteqrasiyanın müxtəlif formatlarını saxlamaq, ticarət, investisiya və istehsalı davam etdirmək niyyətindədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB