Britaniyanın “The Sun” tabloidi Rusiyanın uzaqmənzilli səsdən sürətli bombardmançı “Tu-22M3” təyyarəsi ilə bağlı material dərc edib. Rusların yazdığına görə, təyyarənin 24 ton sursat daşımaq və Avropanın istənilən nöqtəsinə zərbə endirməyə qadir olduğunu ingilislər də etiraf ediblər.
SİA bu barədə rus saytlarına istinad edir.
Maraqlıdır ki, məqalə müəllifi “Tu-22M3”-ü “Rusiyanın ən ölümcül təyyarəsi” adlandırıb. O, minlərlə kilometr məsafədə nüvə silahı daşımaq və 7 min kilometrə qədər məsafədə döyüş əməliyyatları aparmaq iqtidarındadır.
Deyilənə görə, bu bombardmançıya Avropada və hətta ABŞ-ın şərq sahillərində də döyüşməyə imkan verir.
Qeyd edək ki, təyyarənin maksimum döyüş yükü 24 tondur. Bura “FAB-250” və “FAB-1500” hava sursatları, həmçinin “Kh-15” nüvə və ya radar əleyhinə raketlər və ya “Kh-22” uzaq mənzilli gəmi əleyhinə qanadlı raketlər daxil edilə bilər.
“Tu-22M3”-ün istifadə etdiyi Rusiya “FAB-250” və “FAB-1500” bombaları ümumi təyinatlı bombalardır. Bu, yüksək partlayıcı parçalanma döyüş başlığına malik Sovet inkişafıdır. Məqalə müəllifi qeyd edib ki, bu cür mərmilər müəyyən qədər köhnəlib, lakin onlar hələ də öz zədələyici gücünə görə son dərəcə dağıdıcıdırlar.
Məqalədə “Tu-22M3” təyyarələrin artıq Ukraynadakı döyüşlər zamanı istifadə olunduğu da bildirilir. Deyilənə görə, onlar Mariupol ərazisindəki hədəflərə hücum ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB